Modern.az

Həkimlərdən stresin sağlamlığa təsiri barədə xəbərdarlıq

Həkimlərdən stresin sağlamlığa təsiri barədə xəbərdarlıq

Aktual

5 Mart 2022, 09:17

Qastroenteroloq Nuriya Dianova və dietoloq Polina Korolyova stresin sağlamlığa təsiri barədə xəbərdarlıq ediblər.

 

Mütəxəssislərin fikrincə, stres qıcıqlanmış bağırsaq sindromunu (QBS) daha da gücləndirir.

 

Bu xəstəlik zamanı qarın ağrısı, ishal, köp müşahidə olunur.

 

“Çox vaxt QBS olan insanlara depressiya, narahatlıq, yuxu pozğunluğu diaqnozu qoyulur. Bu xəstəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır, lakin həyatı birbaşa təhdid etmir”, - deyə Korolyova bildirib.

 

Dianova isə qeyd edib ki, xəstəliyi ev şəraitində müalicə etməyə dəyməz. Belə halda mütləq mütəxəssislərlə əlaqə saxlamaq lazımdır.

 

“Xəstəlik zamanı düzgün pəhriz önəmlidir. Həmçinin, stres dövründə rahatlaşdırıcı nəfəs məşqləri etmək, diafraqmatik tənəffüsü öyrənmək tövsiyə olunur”, - deyə qastroenteroloq vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı