Modern.az

Rusiya Azərbaycandan pomidor idxalını bərpa edir

Rusiya Azərbaycandan pomidor idxalını bərpa edir

Aktual

5 Mart 2022, 09:28

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") martın 5-dən əvvəllər tətbiq edilmiş məhdudiyyətləri ləğv edərək, istehsal müəssisələrinə qoyulan məhdudiyyətləri nəzərə almadan 9 ölkədən Rusiyaya tərəvəz məhsullarının idxalını bərpa edir.

 

Modern.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

 

Azərbaycanla yanaşı idxala icazə verilir Ermənistana (pomidor), Belarusa (pomidor və bibər), Qazaxıstan (pomidor və bibər), Misirə (kartof), Qırğızıstana (pomidor və bibər), Türkiyəyə (pomidor, bibər, balqabaq və badımcan), Türkmənistana (pomidor və bibər) və Özbəkistana (pomidor və bibər).

 

Qərar yuxarıda qeyd olunan ölkələrin karantin və bitki mühafizəsi üzrə milli təşkilatları tərəfindən rayonlaşdırma ilə bağlı məlumatların təhlili, habelə Rusiya Federasiyasının və MDB ölkələrinin fitosanitar tələblərinin pozulmasının qarşısının alınması üçün görülən tədbirlərə əsasən qəbul edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı