Modern.az

Əvvəl bank kartını, sonra hesabındakı pulu oğurladı

Əvvəl bank kartını, sonra hesabındakı pulu oğurladı

Aktual

5 Mart 2022, 10:33

Daha bir bank kartının oğurlanması faktı qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki kafelərin birində Qobustan rayon sakini N.Həsənovun cibindən bank kartını oğurlayıb.

 

O daha sonra vətəndaşın hesabındakı 2400 manatı çıxararaq mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Fuad Nəsirov müəyyən edilərək saxlanılıb.


Hazırda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!