Dünyada koronavirus infeksiyasına yoluxanların sayı son sutka ərzində 1 milyon 646 min nəfərdən çox olub.
Modern.az xəbər verir ki, bu barədə “worldometers.info” saytı məlumat yayıb.
Ötən sutka ərzində 1 milyon 646 min 471 nəfər koronavirusa yoluxub, 8001 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 443 milyon 707 min 485, ölənlər isə 6 milyon 9 min 304 nəfərə çatıb.
Son sutka ərzində virusa ən çox yoluxma halı (266 min 838 nəfər) Cənubi Koreyada və ən çox ölüm faktı (1454 nəfər) isə ABŞ-da qeydə alınıb.
Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (80,8 milyon), Hindistan (42,9 milyon), Braziliya (28,9 milyon), Fransa (22,9 milyon), Böyük Britaniya (19,1 milyon), Rusiya (16,7 milyon), Almaniya (15,5 milyon) və Türkiyədə (14,2 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il martın 11-də koronavirusu pandemiya elan edib.