Dünən Pakistanın Pişəvər şəhərində yerləşən şiə məscidinə bombalı hücum edilib.
Modern.az xəbər verir ki, hadisə nəticəsində 57 nəfər həyatını itirib, 200-ə yaxın insan isə yaralanıb.
Hücumdan sonra terror təşkilatı İŞİD sosial media hesablarında hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Digər tərəfdən, hücumun Avstraliya-Pakistan kriket matçına təsadüf etməsi diqqət çəkib, Pakistan rəsmiləri isə Avstraliya kriket komandası üçün görülən təhlükəsizlik tədbirlərini artırıb.