Mariupoldan təxliyə tezliklə başlayacaq.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gündür Rusiya qüvvələri tərəfindən mühasirədə olan cənub-şərqdə yerləşən Mariupol şəhərindən müvəqqəti atəşkəs və dinc əhalinin təxliyəsi ilə bağlı daha çox məlumatlar yayılıb.
Bu məlumat Mariupol şəhər şurasındandır.
Atəşkəs yerli vaxtla 09:00-16:00 (GMT 07:00-14:00) arasında davam edəcək.
Mülki əhalinin təxliyəsi yerli vaxtla saat 11:00-da (GMT 09:00) başlayacaq.
Dəhlizin marşrutu Mariupoldan qərbdə yerləşən Zaporojjya şəhərinə qədərdir.
Avtobuslar şəhərin üç məntəqəsindən ayrılacaq və verilən marşrut üzrə şəxsi nəqliyyat vasitələrinə də icazə veriləcək.
Şəhər şurası sürücülərdən avtomobillərində olan bütün yerlərdən tam istifadə etmələrini xahiş edir.
Razılaşdırılmış marşrutdan kənara çıxmaq qəti qadağandır.
Turqay Musayev