Modern.az

Nazirlər Türkiyə və Ermənistanı müzakirə etdilər

Nazirlər Türkiyə və Ermənistanı müzakirə etdilər

Aktual

5 Mart 2022, 14:46

“Pandemiya ili olmasına baxmayaraq, 2021-ci ildə iqtisadi əlaqələr artıb”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı  Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr 12% artaraq, 5 milyard dollara yüksəlib:

 

“Görüş zamanı postmünaqişə dövründə mövcud durum, Ermənistan və Azərbaycanın kommunikasiya məsələləri müzakirə edildi. Eyni zamanda Ermənistan və Türkiyə münasibətlərinin normallaşması prosesi haqqında da danışdıq. Bizim iştirakımızla görüşlər keçirilməsi haqqında razılaşma əldə olundu”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...