Modern.az

Ceyhun Bayramov Çavuşoğlu ilə Ukraynadan DANIŞDI

Ceyhun Bayramov Çavuşoğlu ilə Ukraynadan DANIŞDI

Aktual

5 Mart 2022, 14:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı ilə Bakıda keçirdiyi görüşdə bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

 

Modern.az-ın məlumatına görə, XİN başçılarının görüşündə Ukraynadakı vəziyyət də müzakirə olunub.

 

“Təbii ki, Ukrayna ətrafında vəziyyət də müzakirə edildi. Bu məsələ narahatlıq doğurur. Həm Azərbaycan, həm də Türkiyə məsələnin sülh və danışıq yolu ilə həll olunmasını istəyir.

 

Son günlər ərzində Azərbaycan və Türkiyə öz vətəndaşlarının Ukraynadan təxliyəsilə bağlı lazımi işlər aparır. Ukraynadakı səfirliyimiz, həm də qonşu ölkədə olanlar fəal işlər görür”, - deyə C. Bayramov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı