Azərbaycan tərəfi hər zaman Ermənistana sülh üçün təkliflər verib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, artıq danışıqlar haqqında müzakirə aparmaq lazımdır:
"Azərbaycan dəfələrlə Ermənistana sülh müqaviləsilə bağlı təklif edib. Bütün çətinliklərə baxmayaraq, hesab edirik ki, artıq normallaşma barədə düşünmək olar. Biz Azərbaycan və Türkiyə olaraq Ermənistana mesaj göndəririk ki, bölgədə normal qonşuluq prinsipi yaradılmalıdır. Biz bunu müsbət hesab edirik. Bizim mövqeyimiz hər zaman beynəlxalq hüquqa əsaslanıb. Azərbaycanla Türkiyə arasında tam koordinasiya mövcuddur”.
"Azərbaycan və Türkiyə bunun üçün addımlar atıb. Bu, Ermənistan üçün bir şansdır. Qalır artıq onların siyasi rəhbərliyinin qərarları" , - deyə XİN başçısı bildirib.