Modern.az

Rusiyapilot Ukraynada əsir düşdü - FOTO

Rusiyalı pilot Ukraynada əsir düşdü - FOTO

Aktual

5 Mart 2022, 15:40

Ukraynanın Çerniqov şəhərində vurulan Rusiya təyyarəsinin iki pilotundan biri əsir düşüb, digəri ölüb.


Modern.az xəbər verir ki, bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus Telegram-da bildirib.


"Vurulan Rusiya SU-25 təyyarəsinin pilotu Çerniqovda saxlanılıb. İkinci pilot həlak olub. Bu gün düşmənin pilotsuz uçan aparatı da vurulub", - Çaus deyib.


Xatırladaq ki, Çerniqov vilayətində Ukrayna hava hücumundan müdafiə qüvvələri işğalçıların daha bir hücum təyyarəsini vurub. Bu barədə “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!