Modern.az

Qayıdış şəhadətnamələri rüsumsuz rəsmiləşdiriləcək

Qayıdış şəhadətnamələri rüsumsuz rəsmiləşdiriləcək

Aktual

5 Mart 2022, 15:52

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan təxliyə edilən vətəndaşlara qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsinə dair məlumat yayıb.

 

XİN-in Mətbuat xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən rüsumsuz rəsmiləşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı