Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır.
90 - сı illərin əvəllərində Azərbaycanda yaranmış siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, daxili böhran müstəqilliyimizi sual altında qoymuşdur.
Belə bir vaxda Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi meydana atılaraq Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Ulu Öndərin ölkənin gələcəyi ilə bağlı olan baxışları xalqı onun ətrafında birləşməsinə səbəb oldu. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və peşəkarlığı Azərbaycan Respublikasının müstəqilliyini xilas edib.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının bu gün 800 minə yaxın üzvü olan böyük gücə çevrilib. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən edib.
VII qurultayda Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olunmuş, YAP-ın yenidən formalaşdırılması üçün Partiya sədrinin sərəncamları da imzalanmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini seçilib.
Yeni Azərbaycan Partiyasında aparılan islahatlar şəffaflığın artırılmasına, vətəndaş cəmiyyətinin inkişafına, Azərbaycan dövlətinin dayanıqlı inkişafına, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması xidmət edir.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri