Modern.az

433 yeni yoluxma, daha 12 ölüm - STATİSTİKA

433 yeni yoluxma, daha 12 ölüm - STATİSTİKA

Aktual

5 Mart 2022, 18:37

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1531 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 788 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9 500 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 5 212 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 530, bu günə qədər isə ümumilikdə 6 593 522 test icra olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı