Martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə verilir.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərarında bildirilib.