Modern.az

Daha 184 nəfər Rumıniyadan ölkəyə GƏTİRİLDİ

Daha 184 nəfər Rumıniyadan ölkəyə GƏTİRİLDİ

Aktual

5 Mart 2022, 20:13

Ukraynadan təxliyə edilən daha bir qrup Azərbaycan vətəndaşı Rumıniyadan ölkəyə gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

 

Rumıniya ərazisindən həyata keçirilən növbəti çarter reysi ilə aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.

 

XİN rəsmisi qeyd edib ki, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 vətəndaş Azərbaycana gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı