Modern.az

Çavuşoğludan Azərbaycana səfərlə bağlı PAYLAŞIM

Çavuşoğludan Azərbaycana səfərlə bağlı PAYLAŞIM

Aktual

5 Mart 2022, 22:17

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında Azərbaycana səfərilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, XİN başçısı “Azərbaycan səfərimiz” adı ilə paylaşdığı videogörüntülərdə Bakıda bu gün keçirdiyi rəsmi görüşlərdən bəhs edərək Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentləri tərəfindən təsdiqləndiyini diqqətə çatdırıb.

 

Nazir, həmçinin vurğulayıb ki, Türkiyə və Azərbaycan mütəffiqdir.

 

Bundan əlavə, Çavuşoğlu Ukraynadakı hadisələri narahatlıqla izlədiyini bildirərək Azərbaycan vətəndaşlarının bu ölkədən təxliyəsi üçün əməkdaşlığın davam edəcəyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı