Modern.az

Azərbaycan cüdoçusunun evi bombalandı

Azərbaycan cüdoçusunun evi bombalandı

Aktual

6 Mart 2022, 01:02

Azərbaycanın cüdo üzrə olimpiya, dünya və Avropa mükafatçısı olan İrina Kindzerskayanın Ukraynanın İrpen şəhərindəki evi bombalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun həyat yoldaşı Həmid Əliyev məlumat verib. İki gün əvvəl mənzil yararsız vəziyyətə düşdüyü üçün İrpen şəhərini tərk edən H.Əliyev bildirib ki, artıq şəhər rusların əlinə keçib:

 

“Bizə qonşular məlumat verdi ki, bizim ev yanır. Bütün binanı bombalayıblar. Hazırda Rusiya ordusu evin yanındadır. Adam qalmayıb binada. Olanları vurub öldürüblər. Yaxın qonşum dünyasını dəyişib. Qaçanlar da güllə altında bir təhər canını qurtarıb.

 

Hazırda İrinanın böyüyüb-başa çatdığı Xmelnitski vilayətinin Dunayevtsı şəhərindəyik. Qayınatam da buradadır. Burda sakitçilikdir, bir çox yer işləyir. Bu şəhərdə sirena səsləri eşidilmir. Azərbaycanda evimiz yoxdur. Ora qayıtmayacağıq”.

 

Qeyd edək ki, son hadisələrdən sonra İrina Kindzerskaya cüdo millisində karyerasını başa vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı