Ukrayna Silahlı Qüvvələrinin hazırda əsas diqqəti Mariupol şəhərinin müdafiəsinə yönəlib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Slobojansk, Tavriya, o cümlədən Çerniqov şəhərinin müdafiəsi ilə bağlı döyüşlər davam edir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin məlumatında indiyədək Rusiya ordusunun 88 təyyarə və helikopterinin vurulduğu qeyd olunub.