Modern.az

Ukraynada 2200-dən çox hərbi obyekt vurulub - Rusiya MN

Ukraynada 2200-dən çox hərbi obyekt vurulub - Rusiya MN

Aktual

6 Mart 2022, 12:15

Fevralın 24-dən bu günə kimi Rusiya Silahlı Qüvvələri Ukraynada 2200-dən çox hərbi obyekti məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, əməliyyatlar zamanı ümumilikdə Ukraynanın 2203 hərbi infrastruktur obyekti vurulub. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin 76 komanda məntəqəsi və rabitə mərkəzi, 111 S-300, Buk M-1 və Osa zenit-raket kompleksləri, həmçinin 71 radiolokasiya stansiyası var.

 

“69 təyyarə yerdə, 24 təyyarə havada, 778 tank və digər zirehli döyüş maşını, 77 reaktiv yaylım atəş sistemi, 279 səhra artilleriya qurğusu və minaatan, 553 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 62 pilotsuz uçuş aparatı məhv edilib” - deyə general vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı