Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında növbəti videoicmal hazırlayıb.
Modern.az nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir.
Videoicmalda ötən həftə ərzində həyata keçirilmiş bir sıra tədbirlər, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə qəbulun davam etməsi, Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlimin keçirilməsi, minaatan bölmələrinin atəş çalışmaları, Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələləri, Laçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarış-xilasetmə tədbirləri ilə bağlı görüntülər yer alıb.