Nikolayev şəhəri yaxınlığında Ukrayna ordusu rusiyalı hərbçilərin batalyon-taktiki qrupunu məhv edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, öldürülən silahlıların əksəriyyəti 2014-cü ildə Krımdan Rusiyaya keçmiş Ukrayna hərbçiləri olub.
"Nikolayev yaxınlığında Ukrayna təhlükəsizlik qüvvələri batalyon-taktiki qrupunu məğlub edib. Onun şəxsi heyətinin əksəriyyəti 2014-cü ildə dövlətimizə xəyanət edərək Krımda Rusiyaya keçmiş ukraynalı hərbçilərdir", - deyə məlumatda qeyd olunub.