Modern.az

İtaliya agentliyi Moskvada fəaliyyətini dayandırdı

İtaliya agentliyi Moskvada fəaliyyətini dayandırdı

Aktual

6 Mart 2022, 16:53

İtaliyanın “ANSA” informasiya agentliyi Moskva ofisindən xəbər yayımını dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən yalan hesab edilən məlumatların dərc edilməsinə görə ağır həbs cəzalarını nəzərdə tutan qanun təsdiq olunduqdan sonra “ANSA” agentliyi Moskva ofisindən xəbər axınını dayandırmaq qərarına gəlib.

 

Rusiyada baş verənlərlə bağlı xəbərlər “ANSA”nın baş qərargahı və agentliyin xaricdəki digər şöbələri vasitəsilə veriləcək.

 

Xatırladaq ki, İtaliyanın “RAI” dövlət televiziyası da Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı