Modern.az

NATO Slovakiyaya 1200 əsgər göndərir

NATO Slovakiyaya 1200 əsgər göndərir

Aktual

6 Mart 2022, 17:02

Ukrayna hadisələri ilə əlaqədar NATO-nun şərq cinahı ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində Slovakiyaya 1200 hərbçinin və 1 milyard avro dəyərində hərbi texnikanın yerləşdirilməsi planlaşdırılır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Slovakiyaya ABŞ, Almaniya, Hollandiya, Polşa və Çexiyadan olan hərbçilər göndəriləcək.

 

Bundan əlavə, Slovakiyada “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi gözlənilir. Həmçinin, NATO hərbçiləri respublikanın kibertəhlükəsizliyinin təmin edilməsinə cəlb olunacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı