“Biz Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və hüquqlarına hörmət etdiyimizi demişik və bunu deməyə davam edirik”.
Modern.az-ın "TRT"yə istinadən verdiyi xəbərə görə, bunu Tütkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, bölgədə sülh və sabitliyin tezliklə bərqərar olması üçün lazım olan addımlar atılır:
“Atatürkün dediyi kimi, “Yurtda sülh, dünyada sülh” deyirik. Biz sülh istəyirik. Problemlərin dialoq və mehriban qonşuluq münasibətləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Bunun üçün çalışırıq. Bu çərçivədə Ukraynada baş verənləri kədər və narahatlıqla izləyirik. Burada yaranmış humanitar böhran, baş verən ölüm halları həqiqətən qəbuledilməzdir”.