Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirlər Ukraynadakı vəziyyət, xüsusən də atəşkəs, sabitliyin bərqərar olunması və humanitar yardımla bağlı fikir mübadiləsi aparıblar.
Akar təhlükəsiz evakuasiyanın təmin edilməsi və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən müddətə də olsa atəşkəsə ehtiyac olduğunu diqqətə çatdırıb.
Nazir təxliyəsi mümkün olmayan və təxliyəsi davam edən Türkiyə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı gözləntilərdən də danışıb.
H. Akar vurğulayıb ki, Türkiyə, əvvəllər olduğu kimi, Ukraynaya humanitar yardımın çatdırılmasına, sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.