Modern.az

Aİ-də fikir ayrılıqları var - Şarl Mişel

Aİ-də fikir ayrılıqları var - Şarl Mişel

Aktual

6 Mart 2022, 20:37

Avropa İttifaqında (Aİ) təşkilatın genişlənməsi ilə bağlı fikir ayrılıqları var.

 

Modern.az məlumatına görə, bunu "Le Journal du Dimanche" qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

 

Onun sözlərinə görə, 10-11 mart tarixlərində Versalda keçiriləcək Aİ sammitində sözügedən fikir ayrılıqları ilə bağlı müzakirələr aparılacaq.

 

"Aİ-nin genişlənməsini, o cümlədən Gürcüstan və Moldova vasitəsilə, hətta çətin və aramızda fikir ayrılıqları olsa belə, müzakirə edəcəyik. Qonşularımızın Avropadakı gələcəyi ilə bağlı mövqeyimizi aydınlaşdırmaq üçün Versalda müzakirələr aparacağıq", - deyə Ş.Mişel bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...