Modern.az

Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyəsi gözlənilir

Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyəsi gözlənilir

Aktual

7 Mart 2022, 11:22

“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyə edib”.

 

Modern.az xəbər verir ki, bu barədə Apa-ya təşkilatın sədri Rövşən Quliyev məlumat verib.

 

O bildirib ki, artıq təxliyə üçün müraciət edənlərin sayı azalıb.

 

“Dünən 60-a yaxın şəxsin təxliyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyə edilir”, - Rövşən Quliyev qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı