Modern.az

Zelenski Şarl Mişellə Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etdi

Zelenski Şarl Mişellə Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etdi

Aktual

7 Mart 2022, 16:44

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Twitter” hesabında paylaşım edib.

 

O qeyd edib ki, Şarl Mişellə mülki infrastrukturun atəşə tutulmasını müzakirə edib. Liderlər hücümların dayandırılmasının vacibliyini vurğulayıblər.

 

Eyni zamanda Zelenski və Şarl Mişel nüvə obyektlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparıblar.

 

Zelenski, həmçinin telefon danışığı zamanı Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə toxunub və Ukrayna xalqının buna layiq olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...