Modern.az

Rusiya Gürcüstana qarşı bəzi sanksiyaları ləğv etdi

Rusiya Gürcüstana qarşı bəzi sanksiyaları ləğv etdi

Aktual

7 Mart 2022, 17:44

Rusiya Gürcüstana qarşı sanksiyaları yumşaldıb, bəzi sanksiyalar ləğv olunub.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Rusiyanın və Gürcüstanın müvafiq qurumlarının nümayəndələri arasında keçirilən görüşdən sonra qəbul edilib.

 

Bildirilib ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Gürcüstana qarşı təzyiqləri yumşaltmaq niyyətindədir.

 

Qeyd olunub ki, “Rosselxoznadzor” və Gürcüstanın baytarlıq xidmətinin rəhbərləri arasında martın 5-də aparılan danışıqların yekunlarına əsasən, Rusiya Gürcüstanın 15 süd və süd məhsulları istehsalçısına qarşı sanksiyaların ləğvi təşəbbüsü ilə çıxış edib.

 

Yaxın günlərdə daha bir neçə Gürcüstan şirkətinə qarşı tətbiq olunan qadağaların ləğvi nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı