Modern.az

Müxalifət Ermənistan prezidentinin andiçməsini boykot etdi

Müxalifət Ermənistan prezidentinin andiçməsini boykot etdi

Aktual

8 Mart 2022, 09:10

Ermənistan parlamenti tərəfindən ölkə prezidenti seçilmiş Vaaqn Xaçaturyanın andiçmə mərasimi martın 13-də keçiriləcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlament həmin gün Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində növbədənkənar iclas keçirəcək.

Xatırladaq ki, Xaçaturyanın prezidentliyə namizədliyi hakim “Mülki müqavilə” fraksiyası tərəfindən irəli sürülüb. O, martın 3-də ikinci cəhddən prezident seçilib, müxalifət prosesi boykot edib.

Məlumata görə, müxalifət inauqurasiya sessiyasını da boykot etmək qərarına gəlib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...