Ukraynanın Xarkov şəhəri ətrafında gedən döyüşlərdə Rusiya ordusunun general-mayoru Vitali Gerasimov öldürülüb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, general Vitali Gerasimov Rusiyanın 41-ci hərbi dairəsinin qərargah rəisi olub. O, Çeçenistan və Suriya müharibələrində iştirak edib.
Ukrayna KİV-ləri general-mayor Vitali Gerasimovun öldürülməzdən öncə Rusiyanın 41-ci ordusunun qərargah rəisi ilə telefon danışığını yayıblar. Həmin danışıqda Rusiya ordusunun generalı vəziyyətin pis olduğunu bildirir.