Modern.az

Kadırovun Ukraynadakı çeçen döyüşçülərinə o rəhbərlik edir

Kadırovun Ukraynadakı çeçen döyüşçülərinə o rəhbərlik edir

Aktual

8 Mart 2022, 10:43

Çeçenistandan müharibəyə göndərilən xüsusi təyinatlı qüvvələr Ukraynanın dərinliklərinə doğru irəliləyib və bu zaman ciddi müqavimətə rast gəlməyib.

Modern.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında yazıb.

“Rusiya Milli Qvardiyasının Çeçenistan üzrə xüsusi təyinatlıları Ukrayna ərazisində dərinliklərə doğru daha da irəliləyiblər və deyilənlər kimi, benderlərin şiddətli müqavimətinə rast gəlmirlər...”,-deyə qeyd edən Kadırov xüsusi təyinatlılara Anzor Bisayevun rəhbərlik etdiyini də xatırladıb.

Kadırov əlavə edib ki, döyüşçülər mütəmadi olaraq Ali Baş Komandanın əmrinin icrası ilə bağlı videoreportajlar göndərirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı