Modern.az

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarıdır

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarıdır

Aktual

8 Mart 2022, 12:26

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

 

İngiltərənin "Liverpul" klubu evdə İtaliyanın "İnter" komandasını qəbul edəcək. İlk matçda ingilislər 2:0 hesabı ilə qalib gəlib. 

 

Gecənin digər oyununda "Bavariya" Almaniyada "Zalsburq" (Avstriya) ilə görüşəcək. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. 


UEFA Çempionlar Liqası, 1/8 final


Cavab oyunları


8 mart

00:00. "Liverpul" (İngiltərə) - "İnter" (İtaliya)

00:00. "Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya)


9 mart

00:00. "Mançester Siti" - "Sportinq" 

ilk oyun - 5:0

00:00. "Real" - PSJ 

İlk oyun - 0:1


15 mart

00:00. "Ayaks" - "Benfika" 

İlk oyun - 2:2

00:00. "Mançester Yunayted" - "Atletiko" 

İlk oyun - 1:1


16 mart

00:00. "Yuventus" - "Vilyarreal" 

İlk oyun - 1:1

00:00. "Lill" - "Çelsi"

İlk oyun - 0:2

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı