Cəlilabad, Masallı və Lənkəran rayonlarında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibət ilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbirləri təşkil olunub.
Modern.az xəbər verir ki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və bir sıra dini icmaların təşkilatçılığ ilə tədbir baş tutub.
Keçirilən tədbirlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, həminrayonların icra hakimiyyətlərinin məsul şəxsləri, dini icma sədrləri və şəhid anaları çıxış ediblər.
Sonda şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.