Modern.az

Fransada seçkilər: Makron debatdan imtina etdi

Fransada seçkilər: Makron debatdan imtina etdi

Aktual

8 Mart 2022, 14:03

Fransa prezidentliyinə namizəd kimi ilk təşviqat səfərinin sonunda hazırkı dövlət başçısı Emmanuel Makron birinci tura qədər digər namizədlərlə heç bir debatda iştirak etməyəcəyini açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron jurnalistin sualına cavab olaraq bildirib ki, əvvəlllər də namizəd olan dövlət başçılarından heç biri bunu etməyib.

 

"Mən niyə başqa cür etməli olduğumu anlamıram" deyən prezident əlavə edib: “Mən fransızlarla debat etməyi üstün tuturam, onlara borcluyam".

 

Qeyd edək ki, Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 12 namizəd təsdiqlənib.

Seçkilər bu ilin aprel ayında keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı