Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti martın 8-dən martın 26-dək Azərbaycana uçuşları dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Qeyd edilib ki, “Ural Hava Yolları” bu addımı mövcud geosiyasi vəziyyətlə əlaqədar atıb.
"22.03.22-dən 26.03.22-dək Azərbaycana (Bakı, Gəncə, Lənkəran) uçuşları dayandırır”, - şirkətin məlumatında deyilir.