Modern.az

Türkiyə XİN erməni nazirin qərarını DƏSTƏKLƏDİ

Türkiyə XİN erməni nazirin qərarını DƏSTƏKLƏDİ

Aktual

8 Mart 2022, 14:46

Rəsmi Ankara Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Antalyada keçiriləcək forumda iştirak etməsilə bağlı qərarına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı açıqlama yayıb.

 

Diqqətə çatdırılıb ki, Ankara Ermənistanın XİN başçısı Ararat Mirzoyanın 11-13 mart 2022-ci il tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumuna qatılacağı ilə bağlı qərarı məmnuniyyətlə qarşılayır.

 

XİN-dən bildirilib ki, belə qarşılıqlı addımlar iki ölkə arasında dialoqun artırılmasına və tam normallaşma hədəfi istiqamətində inam artıran tədbirlərin müzakirə edilməsinə töhfə verəcək.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı