Daxili İşlər Nazirliyi (DİN) bu gün bir qrup qadının Bakıda keçirdiyi aksiyaya ilə bağlı açıqlama yayıb.
DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, paytaxtın mərkəzində bir qrup qadının təşkil etdiyi aksiya yüksək təhlükəsizlik şəraitində başa çatıb.
E.Hacıyev, həmçinin qeyd edib ki, aksiya zamanı saxlanılan yoxdur.