Litva ordusunun silah arsenalı döyüş pilotsuz uçuş aparatları ilə zənginləşəcək.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anuşauskas bildirib.
“Biz düşməni məhv etmək üçün nəzərdə tutulan yeni texnoloji nəsil döyüş pilotsuz uçan aparatlarının alınmasını nəzərdə tuturuq”, - nazir deyib.
Onun sözlərinə görə, orduda pilotsuz aparatlar var, lakin bunlar düşmənlə birbaşa döyüş üçün nəzərdə tutulmayıb:
“Onlar atəş nöqtəsini dəqiqləşdirmək, düşmənin hərəkətini izləmək, kəşfiyyat aparmaq üçün olan aparatlardır”.