İndiyədək 5000-dən çox ukraynalı Fransaya sığınıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın vətəndaşlıq üzrə naziri Marlène Schiappa bildirib.
“Bizdə Ukraynadan gələn 5 mindən çox insan var. Bu cari təxmindir, hər gün yeni gələnlər olur”,- nazir yerli mediaya müsahibəsinə deyib.
Onun sözlərinə görə, ukraynalılara Fransada qaçqın statusu verilmir, çünki çoxları öz ölkələrinə qayıtmağa ümid edir. Fransalı nazir, ölkəsinə sığınan ukraynalıların normal şəraitlə təmin olunduğunu vurğulayıb.