Modern.az

Latviyalı deputat Ukraynaya döyüşə YOLLANDI

Latviyalı deputat Ukraynaya döyüşə YOLLANDI

Aktual

9 Mart 2022, 08:00

Latviya Seyminin deputatı, hüquq komissiyasına rəhbərlik edən Yuris Yuraşs Ukrayna tərəfindən döyüş əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə yollanıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri, Yeni Mühafizəkarlar Partiyasının lideri Yanis Bordans bildirib.

“Təsdiq edə bilərəm ki, Yuraşs könüllü olaraq Ukrayna ərazisini müdafiə etməyə gedib”, - deyən nazirin sözlərinə görə, bu qərarı partiya üzvü yalnız şəxsi və mənəvi motivlər səbəbindən verib.

Qeyd edək ki, Yuraşsın deputat mandatını təhvil verib-verməyəcəyi hələlik məlum deyil.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı