Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Modern.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib
"Liverpul" evdə "İnter"i qəbul edib və 0:1 hesabı ilə uduzub. İlk matçda İngiltərə təmsilçisi 2:0 hesabı ilə qalib gəldiyi üçün 1/4 finala yüksəlib
Digər oyunda "Bavariya" Almaniyada "Zalsburq" ilə üz-üzə gəlib. İlk görüşdə 1:1 hesablı heç-heçə edən almanlar cavab qarşılaşmasında 7:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
8 mart
"Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1 (İlk oyun - 2:0)
"Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) - 7:1 (İlk oyun - 1:1)
9 mart
00:00. "Mançester Siti" - "Sportinq" (ilk oyun - 5:0)
00:00. "Real" - PSJ (İlk oyun - 0:1)
15 mart
00:00. "Ayaks" - "Benfika" (İlk oyun - 2:2)
00:00. "Mançester Yunayted" - "Atletiko" (İlk oyun - 1:1)
16 mart
00:00. "Yuventus" - "Vilyarreal" (İlk oyun - 1:1)
00:00. "Lill" - "Çelsi" (İlk oyun - 0:2)