Ukrayna artıq 14 gündür ki, Rusiya ilə müharibə vəziyyətindədir. Ukrayna tərəfi bəyan edib ki, müharibənin 14-cü günündə də Rusiya ordusu vətəndaşları atəşə tutmaqda və onları öldürməkdə davam edir.
Martın 9-na keçən gecə Sumı vilayətinin yenidən hava hücumuna məruz qaldığı bildirilir.
Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər Sumıdan Poltavaya humanitar dəhlizin fəaliyyəti uzadılıb, saat 9.00-dan 21.00-a kimi həm şəxsi nəqliyyat, həm də avtobuslarla getmək mümkün olacaq.
Bu barədə öz Teleqram kanalında Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
"Danışıqlar qrupu bütün gecəni işlədi və Sumıdan Poltavaya qədər olan Poltavaya humanitar dəhlizin fəaliyyəti saat 9.00-dan 21.00-a qədər uzadıldı. Biz hamilə qadınları, uşaqlıları, yaşlılar və xəstə insanların bölgədən çıxışını təmin edəcəyik".