Modern.az

Müavinət və təqaüd alanların sayı açıqlandı

Müavinət və təqaüd alanların sayı açıqlandı

Aktual

9 Mart 2022, 11:00

2022-ci ilin yanvar və fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 407 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% çox olmaqla 132 mln. manat, təqaüd ödənişləri üçün 25% çox olmaqla 89 mln. manat sərf olunub.

 

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 2 ayında 86 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı