Modern.az

İraq və Suriyadan 81 nəfər Azərbaycana gətirilib

İraq və Suriyadan 81 nəfər Azərbaycana gətirilib

Aktual

9 Mart 2022, 14:18

Azərbaycanın İraqdakı Səfirliyinin iştirakı ilə 2018-ci ildən bu günə qədər İraq həbsxanaları və uşaq evlərində yaşayan ümumilikdə 288 nəfər (286 azyaşlı və 2 qadın) Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

 

Hesabatda qeyd edilib ki, 2021-ci ildə İraq və Suriyadan 69-u uşaq və 12-si qadın olmaqla ümumilikdə 81 nəfər Azərbaycana gətirilib.

 

Aidiyyəti qurumlar tərəfindən repatriantların reabilitasiya və reinteqrasiyası prosesi təmin edilib. Repatriasiya prosesinin 2022-ci ildə də davam etdirilməsi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...