Modern.az

Lavrov və Kulebanın görüşü danışıqların davamıdır

Lavrov və Kulebanın görüşü danışıqların davamıdır

Aktual

9 Mart 2022, 15:11

Rusiya Federasiyasının və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kulebanın Türkiyədə gözlənilən görüşü danışıqlar prosesinin davamıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Xarici işlər nazirlərinin görüşü danışıqlar prosesinin çox mühüm davamıdır. Gəlin, özümüzdən qabağa getməyək, görüşü gözləyəcəyik", - Peskov deyib.

 

Qeyd edək ki, XİN başçılarının görüşü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı