Rusiya Ukrayna ilə danışıqların mümkün qədər tez bir vaxtda yeni raundunun keçirilməsində və Ukrayna tərəfdən danışıqlar aparan şəxslərlə təmaslarda maraqlıdır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Rusiya tərəfi danışıqların davam etdirilməsində öz marağını saxlayır. Rusiyanın mövqeyi aydındır və Ukrayna ilə danışıqların iştirakçılarının diqqətinə çatdırılıb. Ukrayna nümayəndələri buna hazır olan kimi biz yeni raundların keçirilməsində maraqlıyıq", - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, bundan öncə Rusiya ilə Ukrayna nümayəndələri arasında danışıqların üç raundu keçirilib.