Modern.az

Əsir düşən rusiyalı kəşfiyyatçılar üzr istədi

Əsir düşən rusiyalı kəşfiyyatçılar üzr istədi

Aktual

9 Mart 2022, 17:56

Hərbi əməliyyatlar nəticəsində Ukrayna tərəfinə əsir düşmüş rusiyalı hərbçilər yerli və xarici ölkələrin mətbuat nümayəndələrinin qarşısında çıxış ediblər.

 

Modern.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, mətbuat konfransının açılışında bildirilib ki, çıxış edən şəxslər Rusiya ordusunun kəşfiyyatçılarıdır.

 

Rusiyalı hərbçi Sergey Qalkin onlarla yaxşı davranıldığını, qida ilə təmin edildiklərini bildirib O, Ukraynada hospitalda müalicə aldığı müddətdə Rusiya ordusu tərəfindən mülki əhalinin məskunlaşdığı şəhərin bombardmana məruz qalmasına şəxsən şahidlik etdiyini vurğulayıb.

 

Çıxış edən Rusiya ordusunun digər əsir düşən hərbi qulluqçusu Vladimir Raskazov isə ukraynalılardan üzr istəyib: “Buraya hərbi cinayətkar kimi gəldiyimizə görə ukraynalılardan üzr istəyirik”.

 

Digər hərbi əsir Sergey Qlaşko öz ölkəsinin rəhbərliyinə müraciət edərək hərbi əməliyyatların dayandırılmasını istəyib.

 

Əsir düşən hərbçi Maksim Çernik isə bildirib ki, Ukraynada olduğu müddətdə heç bir faşistə və zülmə rast gəlməyib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı