Modern.az

Ukraynadakı keçmiş səfirimiz axtarışa VERİLDİ

Ukraynadakı keçmiş səfirimiz axtarışa VERİLDİ

Aktual

9 Mart 2022, 19:54

Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.

 

Sabiq diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirli bilinir.

 

Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri işləyib. 2002-2006-cı illərdə isə Azərbaycanın Belarus və Moldovada səfiri vəzifəsində çalışıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı