ABŞ Konqresinin Nümayəndələr Palatası dünən axşam saatlarında Ukraynaya 13,6 milyard dollar yardımı təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, qərar dərhal qəbul edilib. Qanunvericilər Rusiyanın səbəbsiz hücumu fonunda Ukraynaya dəstək nümayiş etdiriblər.
“Reuters”in məlumatına əsasən, Ukraynaya yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrin dəstəklənməsi və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon qaçqına humanitar yardımın göstərilməsi üçün nəzərdə tutulub.